Tez-tez verilən suallar
Resulio haqqında ən çox verilən suallar və qısa cavablar.
Resulio nədir?
Resulio onlayn imtahan və qiymətləndirmə platformasıdır. Müəllim imtahan yaradır, onu şagirdlərə link və ya QR kodla paylaşır və nəticələrdən hansı sualların çətin olduğunu və hansı mövzuların təkrar izaha ehtiyac duyduğunu görür.
Resulio kimlər üçündür?
Müəllimlər, təlimçilər, tədris mərkəzləri və məktəblər üçün — həm məktəb dərsləri, həm də abituriyent, buraxılış və beynəlxalq imtahanlara (IELTS, TOEFL, SAT və s.) hazırlıq, dil, IT və peşə kursları üçün. Şagird və tələbələr müəllimin dəvəti ilə qoşulur. Bir hesabla həm öyrənmək, həm də tədris etmək olar.
Azərbaycan üçün qiymətləndirmə platforması kimi Resulio uyğundurmu?
Bəli. Resulio-nun əsas dili Azərbaycan dilidir (rus və ingilis dili də var), məktəb formatları olan KSQ və BSQ dəstəklənir, AI ilə Azərbaycan dilində sual qaralamaları yaratmaq olar və imtahan cədvəlləri standart olaraq Bakı vaxtı ilə qurulur.
Resulio-da hansı sual tipləri var?
9 sual tipi var: tək seçim, çox seçim, doğru / yanlış, qısa cavab, açıq cavab (esse), uyğunlaşdırma, sıralama, boşluq doldurma və rəqəmli cavab. İmtahanı paylaşmazdan əvvəl onu şagirdin görəcəyi formada yoxlamaq olar.
Şagirdlər imtahana necə qoşulur?
Müəllim şagirdləri qrupa dəvət kodu, dəvət linki, QR kod və ya e-poçt ilə dəvət edir. İmtahan seçilmiş qrupa və ya fərdi şagirdlərə təyin olunur və link, QR kod, WhatsApp və ya Telegram ilə paylaşılır.
İmtahan vaxtı necə idarə olunur?
Vaxt şagirdin cihazında deyil, server tərəfində izlənir. Cavablar avtomatik yadda saxlanılır və vaxt bitəndə imtahan avtomatik təhvil verilir.
Cavablar necə yoxlanılır?
İmtahanlarda qapalı tipli suallar (məsələn, test, doğru / yanlış, rəqəmli cavab) avtomatik yoxlanılır, açıq (esse) cavabları müəllim qiymətləndirir. Tapşırıqlarda isə AI ilkin yoxlama müəllimə kömək edir.
AI tapşırıqları necə yoxlayır?
AI şagirdin işini müəllimin cavab açarı və tapşırığın şərti ilə müqayisə edir, bal (0–100) və rəy təklif edir. Aydın hallarda qiymət avtomatik verilir və şagird bildiriş alır; şübhəli işlər müəllimin yoxlamasına qalır. Müəllim istənilən qiyməti dəyişə bilər. Cavab açarı yoxdursa, AI onu qaralama kimi hazırlayır və şagird bu açarı görmür.
Tapşırıq və materialları necə paylaşmaq olar?
Tapşırığı və ya materialı qrupa təyin edin və ya paylaşım linki göndərin. Müəllim hər şagird üzrə kimin açdığını, faylları yüklədiyini və təhvil verdiyini görür.
Nəticələrdə hansı analitika var?
Median bal, ən çox səhv edilən suallar, mövzu üzrə nəticə və hər sual üzrə doğru, səhv və cavabsız cavabların payı. Məqsəd sadəcə balı yox, səbəbi göstərməkdir: hansı mövzunu növbəti dərsdə təkrar izah etmək lazımdır.
Resulio pulsuzdurmu?
Resulio-da pulsuz başlamaq olar. Beta müddətində bütün əsas funksiyalar pulsuzdur. Paket şəxsi hesaba deyil, tədris məkanına aiddir.
Resulio hansı dillərdə işləyir?
İnterfeys Azərbaycan, rus və ingilis dillərindədir və istənilən vaxt dəyişdirilə bilər. İmtahanların özü istənilən dildə hazırlana bilər.
AI ilə sual yaratmaq olarmı?
Bəli. İmtahan qurucusunda AI ilə sual qaralamaları yaratmaq olar (Azərbaycan, rus, ingilis və alman dillərində). Müəllim qaralamaları yoxlayır, redaktə edir və yalnız sonra imtahana əlavə edir.
Proqram quraşdırmaq lazımdırmı?
Xeyr. Resulio veb platformadır və kompüter, planşet və ya telefon brauzerində işləyir.
Məlumatlarım necə qorunur?
Resulio məlumatlarınızı satmır və reklam məqsədilə üçüncü tərəflərlə paylaşmır. Ətraflı məlumat məxfilik siyasətindədir.
Resulio-nu kim yaradıb?
Resulio-nun təsisçisi Telman Abdulla-dır. Ətraflı məlumat «Haqqında» səhifəsindədir.